"Atletiko" Çempionlar Liqasında

“Atletiko” növbəti mövsüm üçün Çempionlar Liqasında iştirakını təmin edib.

Newsport.az xəbər verir ki, Madrid təmsilçisi La Liqanın 36-cı turunda “Elçe” üzərində 2:0 hesablı  qələbədən sonra buna nail olub. Beləliklə, komanda Dieqo Simeonenin rəhbərliyi altında on mövsümün hamısında planetin ən yaxşı klub yarışına vəsiqə qazanıb.

Qeyd edək ki, 36 turdan sonra "Atletiko" La Liqanın turnir cədvəlində 67 xalla 3-cü pillədə qərarlaşıb. Madrid klubu üç dəfə Çempionlar Liqasının finalına çıxıb (1974, 2014, 2016), lakin heç vaxt kuboku qazana bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right