Niderland Erediviziyasında 2021/22 mövsümünün qalibi müəyyənləşib.
Newsport.az xəbər verir ki, "Ayaks" sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. Amsterdam təmsilçisi 33-cü turda "Herenven"i 5:0 hesabı ilə məğlub edərək, ən yaxın izləyicisi PSV ilə 4 xallıq fərqi qoruyub.
"Ayaks" ardıcıl 3-cü, ümumilikdə 36-cə dəfə ölkə çempionu olub.