Çeferin: "Heç kim heç nə başa düşmür"

UEFA prezidenti Aleksander Çeferin video köməkçi hakimin (VAR) işinin aydınlıq və şəffaflıq dərəcəsindən danışıb.

Newsport.az "L`Equipe"!ə istinadən xəbər verir ki, o deyib:

“VAR yoxlamaları əvvəlcə çox yavaş idi. İndi Avropa yarışlarında hər şey daha sürətli gedir. Amma ofsayd mövqeyinin beş millimetr müəyyən edilə bilməsi mənim üçün hələ də problemdir. Burnunuz və ya ayağınız böyükdürsə, cəzalandırılacaqsınız. Mən də əl qaydalarının yozumunu tam başa düşə bilmirəm. Hələ heç kim başa düşmür. Bütün bunlar izah edilməlidir". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right