"Barselona"nın futbolçusu beyin silkələnməsi keçirib

"Barselona"nın ötən gecə "Selta" ilə matçda (3:1) zədələnən futbolçusu Ronald Arauxonun durumuna aydınlıq gəlib.

Newsport.az xəbə verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçinin beyin silkələnməsi keçirdiyi bildirilib. O, ötən gecə xəstəxanaya yerləşdirilsə də, bu gün evə buraxılıb. 

Xatırladaq ki, görüşün ikinci hissəsində Arauxo komanda yoldaşı Qavi ilə toqquşub. Futbolçu huşunu itirib və təcili yardım maşını ilə meydandan aparılıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right