"Dembele mənim kiçik qardaşımdır" Obameyanq

"Barselona"nın futbolçusu Pyer-Emerik Obameyanq komanda yoldaşı Usman Dembelenin klubdakı gələcəyi barədə danışıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Dembeleni kiçik qardaşı kimi gördüyünü deyib:

“Dembele ilə necə münasibətim var? O, mənim kiçik qardaşımdır. "Borussiya"ya (Dortmund) gəldiyi ilk gündən belə münasibətimiz var idi. İndi o, özünü yaxşı hiss edir, əla formadadır. Ümid edirəm ki, "Barselona"da qalacaq”. 

Qeydd edək ki, Obameyanq 2022-ci ildən, Dembele isə 2017-ci ildən "Barselona"da oynayır. Futbolçular "Borussiya"da da komanda yoldaşı olublar. Obameyanq 2013-2018, Dembele isə 2016-2017-ci illərdə bu komandada çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right