Haland “Mançester Siti” üçün tibbi baxışdan keçdi

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın “Mançester Siti”yə transferi bu həftə ərzində açıqlanacaq. Newsport.az  xəbər verir ki, norveçli futbolçu artıq İngiltərə klubunda tibbi baxışdan keçib.
 
“Şəhərlilər” 21 yaşlı hücumçunun həkim müayinəsini Dortmundda təşkil edib. Klublar arasındakı anlaşmaya əsasən, MS bir neçə saat ərzində “Borussiya”ya 75 milyon avroluq ödənişi edərək, Halandın sərbəst qalma maddəsini aktivləşdirəcək.
 
Haland “Borussiya”ya 2020-ci ildə “Zalsburq”dan keçib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right