"Real"la matçda qazanılan qələbə irəliyə atılmış böyük addım idi"

"Atletiko"nun qapıçısı Yan Oblak İspaniya Primerosunun 35-ci turunda “Real” üzərində qazanılan qələbə haqda danışıb.

Newsport.az-ın məlumatına görə, sloveniyalı kiper "kral klubu" üzərindəki qələbədən məmnun olduğunu söyləyib:

​"Atletiko" üçün çətin matçda vacib qələbə oldu. "Real" bizimlə oyuna çempion kimi çıxmışdı. Onlar üç xal qazanmaq istəyirdi. Qalib gəldiyimizə görə şadam. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün qarşıda üç oyunumuz var. Bu mənada, "Real"la matçda qazanılan qələbə irəliyə atılmış böyük addımdır".

“Atletiko” hazırda dördüncü pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right