Balayev “Şaxtyor” üzərində qələbəni kənardan izlədi

Futbol üzrə Qazaxıstan çempionatında 10-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Karaqanda “Şaxtyor”u ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Turan” 10 turdan sonra 11 xalla 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right