"Barselona" "Betis"lə matça ciddi itkilərlə çıxacaq

"Barselona" İspaniya La Liqasının 35-ci turunda "Betis"in qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq.

Qapıçı Mark-Andre ter Ştegen sözügedən səfər oyununda iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman qapıçı mədəsində olan problemə görə matçı buraxacaq.

Onunla yanaşı, zədəli Jerar Pike, Serjinyo Dest, Pedri, Niko Qonsales və Serxi Roberto "Betis"lə matçda komandasına kömək edəcə bilməyəcək.

Bu gün baş tutacaq "Betis" - "Barselona" matçı saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right