"Onu komandada saxlamaq çox vacibdir" Xavi

"Barselona"nın baş məşqçisi Xavi yarımmüdafiəçi Qavi ilə yeni müqavilə ilə bağlı danışıqlar apardıqlarını bildirib.
 
Newsport.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında deyib ki, Qavi klubun gələcəyidir:
 
“Hər iki tərəf əməkdaşlığı davam etdirmək istəyir. Qavini saxlamaq bizim üçün çox vacibdir. O, klubun gələcəyinin bir hissəsidir. Onun agenti ilə əla münasibətim var, biz danışıqlar aparırıq".
 
Qeyd edək ki, ispan futbolçunun klubun yeni müqavilə təklifini rədd etməsi ilə haqda xəbərlər yayılıb. Qavi bu mövsüm "Barselona"nın heyətində 43 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədərdir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right