"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının final mərhələsində "Real"a qarşı oynayacaqları matç barədə danışıb.
Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu 2018-ci ildə turnirin finalında Madrid təmsilçisinə uduzduqlarını (1:3) xatırlayıb və bu dəfə qisas almaq istədiklərini deyib:
“İndi bütün futbolçularımız kimi mən də Çempionlar Liqasının finalına çıxdığımız üçün çox həyəcanlıyam. Oyunun çətin keçəcəyinə şübhəm yoxdur. "Real" bir çox güclü komandanı məğlub edib. Diqqətimizi oyuna yönəltməliyik. Biz qisas almaq istəyirik. 2018-ci ildə onlara uduzduq. Çox kədərli gün idi. İntiqam almaq vaxtıdır”.
Xatırladaq ki, final oyunu mayın 28-də Parisdəki “Stad de Frans” stadionunda keçiriləcək.