"Barselona"nın oyununu buraxacaq

"Barselona"nın müdafiəçisi Jerar Pike La Liqanın 35-ci turunda "Betis"lə matçı buraxacaq.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb onun zədəli olmasıdır. Ötən tur Malyorka" ilə görüşdə zədələnən 35 yaşlı oyunçu hələ də sağalmayıb.

Xatırladaq ki, Pike bu mövsüm La Liqada 27 oyuna çıxıb və 1 qol vurub.

Qeyd edək ki, "Betis" - "Barselona" görüşü mayın 7-i keçiriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right