Çempionlar Liqasında ilk

"Real”ın futbolçusu Rodriqo Qoes Çempionlar Liqasında ilkə imza atıb. 

Newsport.az “Opta”ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna turnirin yarımfinal mərhələsində "Mançester Siti" ilə hazırda davam edən cavab oyununda dubl etməklə nail olub.

O, 90 və 90+1-ci dəqiqələrdə fərqlənib. Nəticədə Rodriqo ÇL-in pley-off mərhələlərində 89-cu dəqiqədən sonra 2 qol vuran ilk oyunçu olub. 

Qeyd edək ki, “Real” yarımfinalın ilk oyununda “Mançester Siti”yə 3:4 hesabı ilə uduzub. Hazırda davam edən cavab görüşündə əlavə vaxt oynanılır. Madrid təmsilçisi 3:1 hesabı ilə öndədir. Cütün qalibi finalda “Liverpul”la üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right