Nazir boksçularla görüşdü

Mayın 4-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay boks üzrə gənclər arasında Avropa birinciliyində çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.

 

Newsport.az xəbər verir ki, gənc boksçularımız aprelin 13-dən 22-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş qitə birinciliyində iki boksçumuz mükafatçlar sırasında yer alıb. 48 kq çəkidə Kənan Babayev qızıl, 51 kq çəkidə Amin Məmmədzadə isə bürünc medal qazanıblar.

 

Gənc boksçuları salamlayan nazir onların qitə çempionatında iştirak etdikləri döyüşlərlə maraqlanıb. Məşqçilər nazirə yığma komanda üzvlərinin hazırlığı və nəticələri barədə məlumat veriblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right