"Fasilədə bütün dünya gözləyirdi ki, hesab 3:0 olacaq" Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp 2018/19 mövsümündə Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə keçirdikləri görüşləri xatırlayıb.

Newsport.az xəbər verir ki, o, bu barədə ötən gün ÇL-in eyni mərhələsində "Vilyarreal"a qalib gəldikləri matçdan (ilk görüş 2:0, cavab matçı 3:2) sonra təşkil olunan mətbuat konfransında danışıb. Kloppun komanası 2019-cu ildə Kataloniya klubuna ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, cavab oyununda 4:0 hesabı ilə qalib gələrək geridönüş etmişdi. Mütəxəssis isə həmin vaxtları belə xatırlayıb: 

“Vilyarreal"la oyunun fasiləsində bütün dünya 2:0 hesabının 3:0-a çevrilməsini gözləyirdi. Amma ilk dəfə futbolçular meydanda boşluq tapana hiss etdim ki, şansımız var. Müqayisə etməyi sevmirəm, amma bəli, bu, “Barselona”ya qarşı matç kimi idi". 

Qeyd edək ki, "Liverpul" ÇL-in finalında "Real" - "Mançester Siti" cütünü qalibi ilə üz-üzə gələcək. Həlledici görüş mayın 28-i Parisdəki "Stade de Frans" arenasında oynanılacaq. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right