“Rusiyada qalanlar kişilərdir” Ayaz Quliyev

Tula “Arsenal”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev legionerlərin Rusiya Premyer Liqasını tərk etməsi ilə bağlı fikirlərini bölüşüb. Newsport.az “İzvestiya”ya istinadən xəbər verir ki, Quliyev, Rusiyanı tərk etməyənləri “kişi” adlandırıb:
 
“Bu barədə heç nə deməyəcəm. Nə vaxtsa bir-birimizi görsəydik, o zaman hamı bir-biri ilə danışardı: nə, necə, niyə? Rusiyada qalanlar isə hər halda, kişilərdir. Başqa nə demək olar? Yalan danışmayacam: Zuriko Davitaşvili (gürcüstanlı futbolçu) komanda ilə vidalaşmadı”.
 
Quliyev Moskva “Spartak”ının yetirməsidir. O, bu mövsüm 23 oyun keçirib, 1 məhsuldar ötürmə edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right