Salah: "Finalda "Real"la qarşılaşmaq istəyirəm"

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının yarımfinalına "Vilyarreal"a qalib gəlmələri barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu deyib:

“Finalda "Real”la qarşılaşmaq istəyirəm. Onsuz da bir dəfə finalda bizi məğlub ediblər. Gəlin, yenə oynayaq. Paltardəyişmə otağında hamı xoşbəxt idi Bu gün uğurumuzu qeyd edirik, amma sabah diqqətimizi qarşıdakı matçlara cəmləyəcəyik Komanda üçün hər şeyimi verirəm. Artıq bir kubok qazanmışıq. Qarşıda İngiltərə Kubokunun finalı, Çempionlar Liqasının finalı var. Mövsümün sonunda nə istədiyimi bilirəm".

Qeyd edək ki, "Liverpul" "Vilyarreal"la ilk görüşdə 2:0, cavab matçında isə 3:2 hesabı ilə qalib gəlib. Komanda finalda "Real" - "Mançester Siti" cütünün qalibi ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right