Rusiya klubunun forvardları Azərbaycan millisində oynayacaq?

“SKA Xabarovsk”un futbolçusu Kamran Əliyev instaqram səhifəsində David Qarayevlə fotosunu paylaşıb.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu komanda yoldaşı ilə fotosuna Azərbaycan bayrağını da yerləşdirib. Qarayev Əliyevin paylaşımı ilə bağlı saytımıza açıqlama verib. “Paylaşımı görmüşəm. O, demək istəyir ki, ikimiz də azərbaycanlıyıq”.

Qarayev, “Əliyev demək istəyir ki, ikinizdə Azərbaycan millisində oynaya bilərsiniz?” sualına isə belə cavab verib: “Hər şey yaxşı olacaq. Sadəcə gözləmək lazımdı”.

Kamran Əliyev Azərbaycanın u-20 yığmasında oynayıb. Qarayev isə Azərbaycanın U-18 yığmasında forma geyinib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right