Salan ilin futbolçusu seçildi

Məhəmməd Salah İngiltərədə ilin futbolçusu seçilib.

Newsport.az saytının məlumatına görə, “Liverpul”un və Misir millisinin hücumçusu jurnalistlər arasında səsvermənin qalibi olub.

Respondentlərin 48 faizi səsini Salaha verib. “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Breyne ikinci, “Vest Hem”in üzvü Deklan Rays üçüncü olub.

Qeyd edək ki, Məhəmməd bu mükafata ikinci dəfə layiq görülüb. O, 2018-ci ildə də jurnalistlər tərəfindən ilin ən yaxşısı seçilib.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right