Kloppdan klub rekordu

"Liverpul"un baş məşqçisi Yurgen Klopp yeni uğura imza atıb. 

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis buna Çempionlar Liqasının yarımfinal mərhələsində "Vilyarreal"a 2:0 hesabı ilə qalib gəlməklə nail olub. O, ümumilikdə komandanı çıxardığı 373 matçdan 229-da qalib gəlib. Bu da o deməkdir ki, Klopp görüşlərin 61,4 faizində qələbə qazanıb.Bu, komanda ilə ən az 50 oyun keçirmiş məşqçilər arasında klub tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, Klopp 2015-ci ildən "mersisaydlılar"ı çalışdırır. Mütəxəssis klubdakı 7 il ərzində  Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla 5 titul qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right