Ronaldodan yeni paylaşım

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə çempionatının 37-ci turunda "Çelsi" ilə oyundan sonra paylaşım edib.

Newsport.az xəbər verir ki, o, "Tvitter" hesabı vasitəsi ilə klubun azarkeşlərinə təşəkkür edib: "Bu gün "Old Trafford"da göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Həmişə olduğu kimi azarkeşlərimiz komandaya kömək etmək üçün öz fədakarlıqları ilə heyrətamizdirlər”.

Qeyd edək ki, sözügedən görüş 1:1 hesabı ilə başa çatıb. Portuqaliyalı hücumçu komandasının yeganə qolunun müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right