“Barselona”nın futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Oskar Mingesa koronavirusa yoluxub. Newsport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən o, karantinə alınıb. İspaniyalı oyunçunun səhhətinin yaxşı olduğu bildirilib.
 
“Barselona”nın yetirməsi olan Oskar Mingesa 2020-ci ildən əsas komandada çıxış edir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right