Tuhel: "Rüdigerin ayrılığı heç kimin xoşuna gəlmədi"

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel futbolçu Antonio Rüdigerin yay transfer pəncərəsi zamanı klubu tərk edəcəyi xəbərinə komandasının verdiyini reaksiya barədə danışıb.

Newsport.az xbər verir ki, mütəxəssis klubun rəsmi saytına açıqlamasında deyib:

“Bunun heç kimin xoşuna gəlmədiyini düşünmürəm. Rüdiger unikal şəxsiyyət, iddialı, liderdir. O, əla səviyyədə oynayır və məsuliyyət götürməyi sevir. Rüdigerlə işləməyin hər günü mənim üçün xoşdur. Amma hələ əldə edəcəyimiz çox şey var. İstəsək də, istəməsək də, həyat davam edir. Artıq mövsümöncəsi hazırlıqlar başlayır və biz əlimizdən gələni etməliyik. Mən bütün qəlbimlə və bütün biliyimlə bu işdə iştirak edəcəyəm ".

Qeyd edək ki, Tuhel əvvəllər Rüdigerin ona "Çelsi"dən ayrılmaq qərarı barədə şəxsi söhbətində məlumat verdiyini açıqlamışdı. 29 yaşlı futbolçunun "Real" ilə razılaşdığı barədə məlumat yayılmışdı.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right