Mane Droqbanın rekordunu təkrarladı

“Liverpul” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəlib.

Newsport.az xəbər verir ki, qarşılaşma “qırmızılar”ın hücumçusu Sadio Mane üçün əlamətdar olub.

55-ci dəqiqədə oyunda son nöqtəni qoyan seneqallı hücumçu ÇL-in pley-off mərhələlərində qol sayını 14-ə çatdırıb və afrikalı futbolçular arasında pley-offda ən çox qol vurma rekordunu təkrarlayıb.

30 yaşlı Sadio Fil Dişi Sahilinin keçmiş futbolçusu Didye Droqba ilə eyni göstəriciyə malikdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right