Rusiya mətbuatı Sadıqovdan yazdı: "Premyer Liqadakı investorların oğulları arasında rekordçudu"

Rusiyada “Ximki”nin futbolçusu, Premyer Liqanın ötən turunda “Krılya Sovetov” və ÇSKA ilə matçlarında fərqlənən İlya Sadıqov diqqət çəkib.

Newsport.az xəbər verir ki, "Спорт День За Днем"da çalışan rusiyalı həmkarımız Sadıqovun, “Ximki”nin əsas intvestoru Tufan Sadıqovun oğlu olmasını xüsusi qeyd ediblər:

"2021/2022 mövsümünə qədər İlya “Ximki”nin qeyri-rəsmi farm-klubu hesab edilən və Tufan Sadıqovun maaliyyələşdirdiyi “Olimp-Dolqoprudnıy”da oynayırdı. İlya Premyer Liqada 4-cü turun “Soçi” ilə görüşündə debüt etmişdi. Sonradan isə “Saransk” və “Baltika”ya qarşı kubok görüşlərində meydana çıxan Sadıqov, həm də “Axmat”la matçın iştirakçısı idi. Ümumilikdə, 2021-ci ildə Premyer Liqada 4 matça çıxan İlya sonradan ÇSKA və “Krılya Sovetov”la görüşlərdə məhsuldarlığı ilə diqqət çəkdi. Hazırda İlyanın aktivində 8 matçda iki qol var. İlya Rusiya Premyer Liqasındakı investorların oğulları arasında rekordçudu. “Ximki” Müşahidə Şurasının üzvü və Dövlət Dumasının deputatı Roman Teryuşkov Sadıqovu Rusiya millisinə qazandırmaq istəyir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right