Runinin rekordunu təkrarladı

"Mançester Siti"nin futbolçusu Fil Foden komandanın sabiq oyunçusu Ueyn Runinin rekordunu təkrarlayıb.

Newsport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçu buna Çempionlar Liqasının yarımfinal mərhələsində "Real "a qalib gəldikləri matçda fərqlənməklə nail olub. O, turnirdə 9-cu qoluna imza atıb. Forvard 21 yaşında bu göstəriciyə çatmaqla Ueyn Runinin rekordunu təkrarlayıb. O, bunu bacaran ikinci ingiltərəli oyunçu olub. 

Qeyd edək ki, "Real " və "Mançester Siti" arasındakı cavab görüşü mayın 4-də Madriddə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right