“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Real” üzərindəki qələbəni (4:3) şərh edib.
Newsport.az Britaniya mediasına istinadən xəbər verir ki, o, görüşün səviyyəsindən məmnunluq ifadə edib:
“Əlbəttə, tamaşaçılar üçün bu, əyləncəli matç oldu. Daha böyük fərqlə qalib gəlmək istəyirdik, lakin 4:3 da yaxşı nəticədir. Biz Madridə öz oyunumuzu göstərmək üçün gedəcəyik. Amma unutmayaq ki, rəqibimiz “Real” Madriddir. Onların hücumda əla silahları var.
Bir məşqçi komandasının belə oynadığını görəndə Çempionlar Liqasının yarımfinalı olsa belə, nəticə az əhəmiyyət kəsb edir. Bu görüşdən heç kim həzz almaya bilməzdi. Baxmayaraq ki, 8:0 bizim üçün daha yaxşı nəticə olardı (gülür). Lakin belə nəticə Yupiter və ya Marsda qeydə alına bilər, “Real” ilə matçlarda deyil”.
Qvardiola deyib ki, bu, hər iki komanda üçün inanılmaz oyun olub: “Biz çox yaxşı işlər gördük. Təəssüf ki, qollar da buraxdıq və daha çox qol vura bilmədik. Amma mərhələ iki matçdan ibarətdir. Növbəti görüş bir həftə sonra olacaq.
Biz belə bir güclü komanda ilə fantastik matç keçirdik. Düşünürəm ki, biz qol imkanlarımızı birinci hissədə onlara hədiyyə verdik. Rəqib çox əsəbi idi. Adətən bizim müdafiə xəttimiz yaxşı oynayır. Onlar güclü pressinq edirdilər. İndi biz finala çıxmaq haqda düşünürük.NMadridə qələbə üçün gedəcəyik”.