"Barselona"nın yarımmüdafiəçisi Frenki De Yonqun atası "Mançester Yunayted"in oğlu ilə maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az "AD"a istinadən xəbər verir ki, o, İngiltərədəki hava şəraitinə görə oğlunun Mançester təmsilçisinə keçməyəcəyini deyib: "Orada çox vaxt pis hava olur. Əlbəttə, biz futboldan danışırıq, amma bu önəmlidir. Bilirəm ki, "Barselona"nın pula ehtiyacı var və Frenki üçün əla təklif onlara kömək edə bilər. Lakin bunun tezliklə baş verəcəyini gözləmirəm".
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm La Liqada 28 oyuna çıxıb, 3 qol vurub və 3 qol ötürməsi verib.