Qvardiola: "Bu mövzuda heç bir şansımız yoxdu"

"Mançester Siti" Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Real"la qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, matçdan əvvəl "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlama verib. İspaniyalı mütəxəssis Kərim Benzemanın təhlükəli hücumçu olduğunu bildirib:

 

"Əgər "Real"ın tarixi ilə rəqabət aparmaq məcburiyyətində olsaq, bu mövzuda heç bir şansımız yoxdur. "Real"ın tarixi özünü göstərir. Bizim onlarla mübarizə aparmaq arzumuz var.

 

Kərim Benzema karyerası ərzində həddən çox qol vurmuş fantastik bir oyunçudur. Ondan yaxşı müdafiə olunmağa və fürsət verməməyə çalışacağıq. Əks halda bizi cəzalandıra bilər".

 

Qeyd edək ki, "Mançester Siti" - "Real" qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right