Çempionlar Liqası: "Mançester Siti" "Real"ı çətinliklə məğlub etdi Yenilənib

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 1 matç keçirilib. "Mançester Siti" evdə "Real"ı qəbul edib. "Etihad" stadionundakı  görüşdə qapılara 7 qol vurulub. Meydan sahibləri 4:3 hesabı ilə qalib gəlib

Bu komandalar arasında cavab qarşılaşması mayın 4-də oynanılacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

26 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 4:3 

Qollar: Kevin De Brüyne, 2 (1:0), Jezus, 11 (2:0), Benzema, 33 (2:1), Foden, 53 (3:1), Junior, 55 (3:2), Silva, 74 (4:2), Benzema, 82-pen (4:3)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

"Etihad" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right