"Betis"in kapitanl Xoakin Sançes İspaniya kubokunu qazandıqları oyundan sonra karyerası ilə bağlı açıqlama verib.
Newsport.az xəbər verir ki, iyul ayında 41 yaşı tamam olacaq yarımmüdafiəçi daha bir il oynamaq istədiyini bildirib:
"Karyeramla bağlı planımın pozulum-pozulmadığını deyə bilmərəm. Futbolla vidalaşacağımı gözləyənlərdən üzr istəyirəm. Amma mən daha 1 il oynayacağam".
Qeyd edək ki, "Betis"in yetirməsi olan Sançes bu klubda 447 oyuna 61 qol vurub, 44 məhsuldar ötürmə edib. İspaniya millisinin sabiq üzvü "Malaqa," Valensiya" və "Fiorentina"da da çıxış edib.