Suares "Atletiko"ya lazım olmadı

"Atletiko" 2021/22 mövsümünün sonunda futbolçusu Luis Suareslə yolları ayıracaq.

Newsport.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Madrid təmsilçisi uruqvaylı hücumçu ilə müqaviləni yeniləməyəcək. O, bu mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək. 

Qeyd edək ki, 35 yaşlı forvard 2020-ci ildən "Atletiko"da oynayır. O, bu mövsüm yerli çempionatda 29 matçda 11 qol vurub və 2 qolun ötürməsini verib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi yayda başa çatacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah