“Barselona” tarixdə ilk dəfə bir mövsüm ərzində ardıcıl 3 dəfə doğma meydanda uduzub.
Newsport.az xəbər verir ki, "Gracenote Live" məlumat yayıb. Kataloniya təmsilçisi La Liqanın 21-ci turunun təxirə salınmış oyununda "Kamp Nou "da "Rayo Valekano "ya uduzub (0:1). Buna qədər İspaniya klubu yerli çempionatda evdə “Kadis ”ə (0:1), Avropa Liqasında isə “Ayntraxt” a (2:3) məğlub olub.