“Real”dan inamlı qələbə, “Atletiko”dan xal itkisi

Futbol üzrə İspaniya La Liqasında 33-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Betis” doğma meydanda “Elçe”yə minimal hesabla məğlub olub. “Malyorka” evdə “Alaves”i, “Villarreal” isə “Valensiya”nı üstələyib.

Son turda “Sevilya” üzərində əzmkar qələbə qazanan (3:2) lider “Real” bu dəfə səfərdə “Osasuna” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Madridin digər təmsilçisi “Atletiko” isə “Qranada” ilə ev oyununda xal itkisi ilə üzləşib.

“Real”ın yaxın izləyicilərindən olan “Barselona”nı çətin oyun gözləyir. Xavinin komandası səfərdə “Real Sosyedad”la üz-üzə gələcək.

İspaniya La Liqası, 33-cü tur

19 aprel

Malyorka – Alaves 2:1
Qol: Prats, 11. Muriqi, 45+4 – Raillo, 73-öz qapısına.

Betis – Elçe 0:1
Qol: Morente, 82.

Villarreal – Valensiya 2:0
Qol: Danjuma, 10-pen; 17.

20 aprel

Atletiko – Qranada 0:0

Selta – Xetafe 0:2
Qol: Mayoral, 23; 51.

Osasuna – Real 1:3
Qol: Budimir, 13 – Alaba, 12. Asensio, 45. Lukas, 90+6.

21 aprel

21:00 Levante – Sevilya
21:00 Espanyol – Rayo Valyekano
22:00 Kadis – Atletik
23:30 Real Sosyedad – Barselona

Bombardir: Kərim Benzema (Real) – 25 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right