“Liverpul” azarkeşlərindən Ronaldoya dəstək

“Liverpul” azarkeşləri “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun ötən gün vəfat edən oğlunu yad edəcəklər.

Newsport.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb. Fanatlar “mersisaydlılar”ın “qırmızı şeytanlar”la matçının 7-ci dəqiqəsində Ronaldoya dəstək olmaq məqsədi ilə onun ölən oğlunu alqışlarla yad edəcəklər. Hətta onlar sosial şəbəkələrdə "Liverpul"un azarkeş səhifəsində görüşə qatılacaq bütün azarkeşləri bu alqışlara qoşulmağa çağırıblar.

Xatırladaq ki, Ronaldo sözügedən matçı buraxacaq. O, bir gün əvvəl yeni doğulmuş oğlunun dünyasını dəyişdiyini açıqlayıb. Oyunçunun sevgilisi Corciana Rodriqez biri oğlan, digəri isə qız olan əkiz uşaq dünyaya gətirməli idi. Ancaq Ronaldonun yalnız qız övladı sağ qalıb.

Qeyd edək ki, Premyer Liqanın 30-cu turunda təxirə salınan və bu gün keçiriləcək “Liverpul” – “Mançester Yunayted” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right