Ramazan ayının Kərim Benzemaya təsiri

"Real"ın futbolçusu Kərim Benzema Ramazan ayının gəlişindən sonra uğurlu çıxışı ilə diqqət çəkir. 

Newsport.az xəbər verir ki, 34 yaşlı hücumçu bu il mübarək ayın daxil olduğu aprel ayının 2-dən indiyədək meydana çıxdığı 5 oyunda üstə-üstə 7 qola imza atıb. Çempionlar Liqasının 1/4 final mərhələsində "Çelsi" ilə səfər görüşündə het-trikə imza atan forvard İngiltərə təmsilçisi ilə ev oyununda rəqibi 1 dəfə məyus edib. Benzema La Liqada da qollarını sıralamağı bacarıb. O, 30-cu turda "Selta"ya 2, 32-ci turda isə "Sevilya"ya 1 qol vurub. .

Maraqlıdır ki, daha əvvəl fransalı oyunçu Ramazan ayının və oruc tutmağın onu zəiflətmədiyini, əksinə, daha da gücləndirdiyini demişdi: 

"Oruc tutmağın mənim oyunuma və məşqlərimə heç bir təsiri olmur. Mənim dinim Ramazan ayının qaydalarına əməl etməyi vacib buyurur.  Bu, mənim üçün çox önəmlidir. Oruc tutanda özümü daha yaxşı hiss edirəm".

Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid təmsilçisində çıxış edir. 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right