"Çempion olmaq şanslarımızla az qala vidalaşdıq"

“Qələbə qazanmaq üçün oynadıq. Biz davam etməliyik. Əlimizdə olan şansları qola çevirə bilmədik.  La Liqada qalib gəlmək şanslarımızla az qala vidalaşdıq. Maksimum məsuliyyət mənim üzərimdədir. Komanda daha çox istək, daha çox inam nümayiş etdirməli idi. İrəli getmək lazımdır. Biz çempionluq uğrunda mübarizə aparmaq istəyirdik, amma bacarmadıq".

Newsport.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Xavi La Liqanın 32-ci turunda evdə "Kadis"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O bildirib ki, növbəti mövsüm Çempionlar Liqasında olmaq üçün inkişaf etməlidirlər: "Qol epizodlarından istifadə etmək vacibdir. Çempionlar Liqasına düşmək istəyiriksə, fərqli səviyyədə mübarizə aparmalıyıq. Özünə tənqidi yanaşmağın vaxtıdır. Futbol, ​​dəyərlər, inam, istək  baxımından daha yaxşı olmalıyıq. "Barselona"ya birlik lazımdır, məqsədə çatmaq üçün hər kəsə ehtiyacımız var".

Qeyd edək ki, "Barselona" hazırda 60 xalla 2-ci pillədə qərarlaşıb. Ehtiyatında daha 1 oyun olan Kataloniya təmsilçisi lider "Real"dan 15 xal geridə qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right