Kriştiano Ronaldonun oğlu dünyasını dəyişdi

"Mançester Yunayted"in ulduz futbolçusu Kriştiano Ronaldonun övladı dünyasını dəyişib.

 

Newsport.az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçu öz tvitter səhifəsində məlumat verib. O, yeni doğulan əkiz övladlarından birinin vəfat etdiyini yazıb:

 

"Təəssüf ki, yeni doğulan oğlumuzu itirdik. Çox kədərliyik. Bu, bir ana və atanın yaşaya biləcəyi ən böyük dərddir. Qızımızın doğulmağı bizə az da olsa, güc, ümid və xoşbəxtlik verir. Canım oğlumuz, sən bizim mələyimizsən. Səni hər zaman sevəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right