Kapitan: Bütün məsuliyyət futbolçuların üzərindədir

“Əslində oyunlara hazırlıqlarımız yaxşı gedir, səylə məşq edirik. Baş məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetiririk. Amma oyuna gələndə nəsə alınmır”. Newsport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Əli Səmədova məxsusdur.
 
O, klubun mətbuat xidmətinə açıqlamasında komandanın son oyunlarda üzləşdiyi uğursuzluqlar haqqında danışıb. Yarımmüdafiəçi məşq proseslərində vəziyyəti düzəltmək üçün dayanmadan çalışdıqlarını bildirib:
 
“Deməzdim ki, çalışmalara qeyri ciddi yanaşırıq və bunun acısını çəkirik. Əsla, bütün diqqət məşqlərə yönəlib. Lakin oyunlarda istədiyimiz səviyyədə çıxış etməkdə çətinlik çəkirik. “Qara zolağa” düşmüşük və bundan komanda olaraq çıxa bilmirik”. 
 
Kapitan “sarı-göylər”ə könül verən azarkeşlərə də səslənib. Məğlubiyyətlərin futbolçular kimi fanatlara da pis etdiyini vurğulayıb: “Nəticələrlə azarkeşləri üzdüyümüzü yaxşı bilirik. Onlar da haqlıdırlar, narazılıqlarını çatdırırlar. Komanda ilk dövrədə belə deyildi. Məğlubiyyətsiz irəliləyirdik. Çıxışımızda dövrələr arasında böyük fərq var. Tez-tez iclaslar da keçiririk. Vəziyyəti təhlil edib nəticələr çıxarmağa çalışırıq. Lakin dediyim kimi durumu dəyişmək mümkün olmur. Bütün məsuliyyət futbolçuların üzərindədir. Vəziyyətdən çıxmaq üçün tezliklə toparlanmaq lazımdır. Çünki çempionatın başa çatmasına hələ 5 tur qalıb. Bizim hədəfimiz var ki, yarışı mükafatçılar sırasında başa vuraq. Əlimizdən gələni etsək, buna nail ola bilərik. Ən azından azarkeşlərimiz üçün bu məqsəd uğrunda mübarizə aparmalıyıq. Sağ olsunlar, bizə dəstək olurlar. Bu duruma özümüz düşmüşük, özümüz də vəziyyətdən xilas olmalıyıq”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right