Emil Balayevin debütü baş tutmadı

Qazaxıstan Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü  Emil Balayevin çıxış etdiyi "Turan" doğma meydanda "Ordabası" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Emil Balayev bu görüşdə iştirak etməyib. Oyunun iştirak ərizəsinə adı daxil edilməyən 28 yaşlı qapıçının Qazaxıstan klubunda debütü yenə baş tutmayıb.

"Turan" hazırda 3 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right