Ozan Can 90 dəqiqə oynadı, komandası uduzdu

Niderland Eerste Divizyesində (I Liqa) 35-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" səfərdə "VVV-Venlo"nun qonağı olub. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Ozan Can Kökçü də bu qarşılaşmanın iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 82-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

35 turdan sonra 35 xal toplayan "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right