“Barselona”nın baş məşqçisi Luis Enrike son mətbuat konfransında yeni transferləri Arda Turana təriflər yağdırıb.
Newsport.az-ın məlumatına görə, ispaniyalı məşqçi Ardanı komandanın əsas oyunçularından biri olaraq qiymətləndirib:
“Arda heç bir yerə getməyəcək. Komandayla bir yerdə məşq edəcək və sistemimizi öyrənəcək. Arda onsuzda “Barsa”da ən yüksək səviyyədə olan futbolçularla çalışacaq. Bu səbəbdən də başqa yerə getməsinə ehtiyac yoxdur. Arda çox bacarıqlı futbolçudur. Topu ayağına aldısa, asanlıqla heç kimə verməz. Onun bu bacarığından çox yararlanacağıq.
Onu ya ortada, ya da hücum xəttində oynadacam. Bunu hələ tam olaraq dəqiqləşdirməmişəm. Çempionat başa çatan kimi bu transferin həll edilməsini istəmişdim. Klub rəhbərliyi də prezident seçkilərindən əvvəl bunu həll etdilər. Arda 2015-16-cı illər mövsümündə “Barselona”nın kilid oyunçusu olacaq”.