İspaniya millisinin sabiq üzvünə yeni müqavilə təklif edildi

İspaniya millisinin sabiq üzvü David Silva "Real Sosyedad"da qalacaq.

Newsport.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, San-Sebastyan təmsilçisi 36 yaşlı futbolçuya yeni müqavilə təklif edib.

"Real Sosyedad"la müqaviləsi yayda sona çatacaq Silva basklılarla razılıq əldə edib. Futbolçu indi qazandığından daha aşağı maaşa da hazırki klubunda qalmağa hazırdı. 

David Silva karyerası ərzində "Valensiya", "Eybar", "Selta", "Mançester Siti" klublarında oynadıqdan sonra 2020-ci ildə "Real Sosyedad"a keçmişdi. O, İspaniya millisində 125 oyuna 35 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right