Çempionlar Liqasında yarımfinalın təqvimi

UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının təqvimini dərc edib.

Newsport.az qurumun saytına istinadən xəbər verir ki,  “Mançester Siti” aprelin 26-da evdə  “Real"la ilk yarımfinal matçını keçirəcək. Cavab oyunu mayın 4-u olacaq.

“Liverpul” – “Vilyarreal” arasında ilk görüş aprelin 27-də İngiltərədə, cavab qarşılaşması isə mayın 3-də İspaniyada keçiriləcək. Bütün oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının 1/4 finalında “Atletiko”nu, “Vilyarreal” “Bavariya”nı, "Liverpul" "Benfika"nı, "Real" isə "Çelsi"ni turnirdən kənarlaşdırıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right