La Liqada təqvim bəlli oldu: İlk “El Klassiko” nə vaxt olacaq?

İspaniya La Liqasında 2015/2016 mövsümünün püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, La Liqanın ilk turunun oyunları 22-23 avqust tarixində keçiriləcək.

İlk turda son çempion "Barselona" səfərdə "Atletik" (Bilbao) ilə qarşılaşacaq. Madrid "Real"ı səfərdə "Sportinq"in qonağı olacaq. "Atletiko" (Madrid) isə klubu isə öz meydanında "Las Palmas"la üz-üzə gələcək.

Mövsümə gələn il, mayın 15-də yekun vurulacaq. Yeni mövsümdə maraqla gözlənilən "El-Klassiko"nun da tarixləri bəlli olub. "Real" və "Barselona" komandaları 12-ci turda üz-üzə gələcək. 
 
İlk oyun noyabrın 8-də, Madriddə keçiriləcək. İkinci oyun isə 31-ci tura təsadüf edəcək. Həmin qarşılaşma gələn il, aprelin 3-də Kataloniyada oynanılacaq.

Qeyd edək ki, Eddi İsrafilovun komandası "Eybar" yeni mövsümdə ilk matçını səfərdə millimizin üzvünün sabiq komandası "Qranada"ya qarşı keçirəcək. E.İsrafilov ötən mövsüm məhz icarə əsasında "Qranada"da çıxış edib.





22-23 avqust

İspaniya La Liqası, I tur

"Atletik" (Bilbao) - "Barselona"

"Malaqa" - "Sevilya"

"Rayo Valyekano" - "Valensiya"

"Levante" - "Selta Viqo"

 

"Espanyol" - "Qetafe"

"Deportivo" - "Real Sosyedad"

"Qranada" - "Eybar"

"Betis" - "Vilyareal"

"Sportinq" (Xixon) - "Real" (Madrid)

"Atletiko" (Madrid) - "Las Palmas"  



"El-Klassiko"

8 noyabr 


"Real" - "Barselona"


3 aprel 

"Barselona" - "Real"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right