"Real" yarımfinalda, "Bavariya" mübarizəni dayandırdı

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Real" "Çelsi"ni bu dəfə evdə qəbul edib. Qarşılaşmanın əsas vaxtı London klubunun 3:1 hesablı qələbəsi ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 qol vuran "Real" iki oyununun nəticəsinə əsasən yarımfinala yüksəlib.

"Bavariya" isə ilk matçda 0:1 hesabı ilə uduzduğu "Vilyarreal"la doğma meydanda üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə "Vilyarreal" yarımfinala yüksəlib. "Bavariya" isə gözlənilmədən mübarizəni dayandırıb.

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək.

Çempionlar Liqası, 1/4 final

 

Cavab oyunları

12 aprel

23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3

Qollar: Maunt, 15 (0:1), Rüdiqer, 51 (0:2), Verner, 75 (0:3), Rodriqo, 80 (1:3), Benzema, 96 (2:3)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 3:1

23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1

Qollar: Levandovski, 52 (1:0), Çukvueze, 88 (1:1)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun - 0:1

13 aprel

23:00. "Atletiko" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

İlk oyun - 0:1

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)

İlk oyun - 3:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right