"Qızıl top" mükafatını qazanmağa əsas namizəd açıqlanıb

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını qazanmağa ən real namizədlər açıqlanıb.

Newsport.az "Goal" nəşrinə istinadən xəbər verir ki, hələlik siyahıya İspaniyanın "Real Madrid" klubunun və Fransa millisinin futbolçusu Kərim Benzema başçılıq edir.

Almaniyanın "Bavariya" klubunda çıxış edən polşalı hücumçu Robert Levandovski ikinci pillədə qərarlaşıb.

2022-ci il mükafatına Məhəmməd Salah ("Liverpul", Misir), Kilian Mbappe (PSJ, Fransa), Luka Modriç ("Real Madrid", Xorvatiya), Sadio Mane ("Liverpul", Seneqal), Kevin De Brüyne ("Mançester Siti", Belçika), Vinisius Junior ("Real Madrid", Braziliya), Fil Foden ("Mançester Siti", İngiltərə) və Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə) da iddia edir.

Nəşrin tərtib etdiyi 20 oyunçudan ibarət siyahıya Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldu düşməyib.

Qeyd edək ki, ötən il "Qızıl top"u Lionel Messi qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right