Ozan Can qol vurdu, komandasından darmadağın

Niderland Eerste Divizyesində (I Liqa) 34-cü turun oyunları keçirilib.

 

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" səfərdə "Ekselsior"un qonağı olub. Matç futbolçumuzun komandasının 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O. 52-ci dəqiqədə penaltidən komandasının üçüncü qolunu vurub.

 

Xallarını 35-ə yüksəldən "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right