Pikenin 23-cü dəqiqədə əvəzlənməsinin səbəbi

Avropa Liqasının 1/4 final mərhələsinin “Ayntraxt” – “Barselona” oyunu (1:1) zamanı qonaq komandanın kapitanı Pike 23-cü dəqiqədə əvəzlənib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşdən sonra Kataloniya təmsilçisinin baş məşqçisi Xavi məcburiyyətdən futbolçusunu meydandan çıxardığını deyib: “Onun ayağında möhkəm ağrılar vardı. Müəyyən vaxta qədər dözə bildi. Amma görüşün gedişatında hesab etdi ki, bu ağrı sonradan ona problem yarada bilər. Ona görə də əvəzlənməsini istədi”.

Qeyd edək ki, görüşün birinci hissəsində Pike qasıq nahiyəsindən zədələnib. Lakin bir müddət oyuna davam edib. O, 23-cü dəqiqədə Klemanla əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right