"Bu savaşı dayandırın" Rıbka

"Səbail"in sabiq futbolçusu Aleksandr Rıbka ölkəsi Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.

Newsport.az xəbər verir ki, icarə əsasında "Boluspor"a keçən 34 yaşlı qolkiper Rusiyanın Ukrayna ilə müharibəsi ilə əlaqədar yazıb: "Bu mövzu haqqında nəsə söyləmək çox çətindir. Hazırda oradakı vəziyyət çox təhlükəli və pisdir. Orada qadınlar və uşaqlar öldürülür. Təkcə onu deyə bilərəm ki, Ukraynada müharibə tez bir zamanda bitməsidir. Bu savaşı dayandırın. İnsanlar normal şəkildə yaşamaya davam etsin".

Qeyd edək ki,  həyat yoldaşı və uşaqları ilə hazırda Boluda olan Rıbkann atası və anası isə  hələ də Kiyevdədir.

Xatırladaq ki, Rıbka müqavilə ilə Ukrayna "Metallist"inə məxsusdur. O, 2019/2020 mövsümündə "Səbail"də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right